Dekabrın 15-də Moskvada Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçiriləcək.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.
Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək. Danışıqların əsas mövzusunu Ukrayna və Suriyadakı vəziyyət təşkil edəcək.