Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtomobil 26 yaşlı qadını vurdu

Avtomobil 26 yaşlı qadını vurdu

Date: 11 December 2015 20:52

Şəmkirdə yol qəzası baş verib.

Bu gün təxminən saat 15:00 radələrində Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu, Muxtariyyə kəndi ərazisindən keçən hissəsində rayon sakini Fərhət İsmayılov idarə etdiyi "NAZ Lifan" markalı avtomobillə yolu keçmək istəyən 26 yaşlı Aişə Nağıyevanı vurub.

Sürücü yaralını Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Sol bazı sümüyünün sınığı diaqnozu qoyulan qadın Xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır. 

Milli.Az


Tags:  Avtomobil 26 yaşlı qadını vurdu

RƏYLƏR


Top news