İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 103 layihəni ilkin ekspertizadan keçirib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 103 layihəni ilkin ekspertizadan keçirib
20:52 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 3-cü qrant müsabiqəsinə təqdim edilən 138 layihədən 103-ü ilkin ekspertizadan keçib.
Nazirlikdən "Report"a daxil olan xəbərə görə, hazırda layihələrin kompleks ekspertizası həyata keçirilir.
“Kompleks ekspertiza prosedurlara uyğun olaraq dekabr ayının sonuna qədər davam edəcək. Yanvar ayında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçiriləcək və bundan sonra müsabiqənin qalibləri elan ediləcək”, - Fonddan bildiriblər.
Təqdim olunan layihələr mütərəqqi proqram təminatının və innovativ İKT məhsulları nümunələrinin hazırlanmasını, yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılmasını, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılmasını və internet xidmətlərinin genişləndirilməsini ehtiva edir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/i-nformasiya-texnologiyalarinin-i-nkisafi-dovlet-fondu-103-layiheni-ilkin-ekspertizadan-kecirib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR