Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının qəlbində daim yaşayacaq

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının qəlbində daim yaşayacaq
21:03 11 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzinin, Rayon icra hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram teatrının aktyorlarının ifasında Ulu Öndərə həsr olunmuş “Nurlu ömrün anları” tamaşası təqdim edilib.
Tamaşadan sonra “Dahiliyin Heydər Əliyev zirvəsi” mövzusunda məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, bu gün öz həyatını bütövlüklə xalqına, Vətəninə həsr edən Böyük Azərbaycanlı bir daha anılır, əziz xatirəsi yad edilir. İrəvan Dövlət Dram teatrının kollektivi Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin möhtəşəm obrazını gözlərimizin önündə canlandırdı. Sağlığında əfsanəviləşən, haqq dünyasına qovuşduqdan sonra bu dünyanın fəlsəfəsinə, hikmət saxlancına çevrilən Ulu Öndər Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
İlqar Abbasov vurğulayıb ki, Heydər Əliyev bütöv bir millətin minnətdarlıq və güvən duyğularını haqq etmiş böyük bir dahidir. Onun müasiri olmaq böyük xoşbəxtlikdir.
Ulu Öndərin xalqın təkidli istəyinə səs verərək 1993-cü ilin iyununda Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipial, heç bir təhlükədən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Bu qayıdışı ilə Ulu Öndər Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi, Azərbaycanı Qafqazın iqtisadi cəhətdən ən böyük dövlətinə çevirdi. Prezident İlham Əliyevin “Müasir Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir” fikri mütləqləşərək milli qürurumuza çevrildi.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratdı. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin ən layiqli təmsilçisi Prezident İlham Əliyevdir.
Bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmiz milli intibahının şərəfli mərhələsini yaşayır. Ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən böyük layihələr, Azərbaycanın müasirləşməsi, Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan verən müsbət dəyişikliklər Ulu Öndərin əsasını qoyduğu yolun davamıdır. Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti də hər birimiz üçün nümunədir. Azərbaycanın inkişafında Ulu Öndərin adını daşıyan Fondun xidmətləri əvəzolunmazdır.
Diqqətə çatdırılıb ki, Ümummilli Liderin əziz xatirəsi Suraxanı rayonunun hər bir sakininin qəlbində yaşayır. Suraxanılılar qazanılmış uğurların daha da artırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaq, Prezidentin rəhbərliyi ilə Azərbaycan xalqının xoşbəxtliyi uğrunda həyata keçirilən işlərdə üzərlərinə düşən vəzifələri var qüvvələri ilə yerinə yetirəcəklər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyev_Azerbaycan_xalqinin_qelbinde_daim_yasayacaq-910530

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR