Dahi şəxsiyyət Heydər Əliyevin adı Azərbaycanın tarixinə əbədi həkk olunub

Dahi şəxsiyyət Heydər Əliyevin adı Azərbaycanın tarixinə əbədi həkk olunub
21:03 11 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anma tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirilib ki, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev Azərbaycanın tarixində müstəsna yeri və rolu olan dahi şəxsiyyətdir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə xalqımız üçün misilsiz işlər görüb. Azərbaycanın ən çətin vaxtlarında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev qısa müddətdə ölkəmizi parçalanmaqdan və məhv olmaqdan xilas etdi. Respublikamızda ictimai-siyasi sabitlik bərpa olundu, Ulu Öndər ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoydu.
G.Baxşəliyeva görkəmli dövlət xadiminin bütün sahələrə, o cümlədən elm və təhsilin inkişafına böyük diqqət yetirdiyini xatırladıb. Qeyd edilib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət Heydər Əliyevin adı Azərbaycanın tarixinə əbədi həkk olunub. Ümummilli Liderin xatirəsi xalqımız tərəfindən həmişə dərin ehtiramla yad olunur.
Tədbirdə digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının həyatında və elmimizin inkişafında müstəsna xidmətlərindən söz açıblar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dahi_sexsiyyet_Heyder_Aliyevin_adi_Azerbaycanin_tarixine_ebedi_hekk_olunub-910527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR