Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Buxarestdə ümummilli lider Heydər Əliyev anıldı

Buxarestdə ümummilli lider Heydər Əliyev anıldı

Date: 11 December 2015 21:05

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Buxarest şəhərinin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında anım mərasimi keçirilib.

Azərbaycanın Rumıniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, anım mərasimində Azərbaycanın və Türkiyənin Rumıniyadakı səfirliklərinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin, Qara Dəniz-Xəzər Dənizi Tərəfdaşlığı və Əməkdaşlığı üzrə Beynəlxalq Fondun, Türk İş Adamları Dərnəyinin (TİAD), Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Buxarest şəhərində ucaldılan büstü önünə əklillər qoyulub.

Milli.Az


Tags:  Buxarestdə ümummilli lider Heydər Əliyev anıldı

RƏYLƏR


Top news