Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qadın güləşçimiz açıq Rusiya Kubokunda 3-cü oldu

Qadın güləşçimiz açıq Rusiya Kubokunda 3-cü oldu

Date: 11 December 2015 21:17

Çuvaş Respublikasının paytaxtı Çeboksari şəhərində Çuvaş Respublikasının başçısının mükafatı uğrunda qadın güləşi üzrə açıq Rusiya Kuboku yarışları keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-dan olan idmançılar iştirak ediblər. Yığma komandamızın yarışa yollanan 3 üzvündən ikisi açıq Rusiya Kuboku yarışlarında bürünc medal uğrunda görüşə çıxıb.

53 kq çəkidə mübarizə aparan Leyla Qurbanova 1/8 finalda Stalvira Orşuşu, 1/4 finalda Yekaterina Krasnovanı üstələyib. Yarımfinalda Monqolustan təmsilçisi Otqontsetseq Davaasuxa 2:3 hesabı ilə məğlub olub. Bürünc medal uğrunda görüşdə Qazaxstan təmsilçisi Juldız Eşimovaya məğlub olan Leyla turniri 5-ci sırada tamamlayıb.

60 kq-da təmsilçimiz Tatyana Omelçenko mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşdə Yelizaveta Sorokina üzərində tam qələbə qazanan güləşçimiz növbəti görüşdə Lyubov Ovçarovaya məğlub olub. Rəqibin finala çıxması ilə Tatyana bürünc medal şansı əldə edib. Həlledici görüşdə Yekaterina Vyunova üzərində (5:0) qələbə qazanan güləşçimiz açıq Rusiya Kubokunun bürünc medalına sahib olub.

Milli.Az


Tags:  Qadın güləşçimiz açıq Rusiya Kubokunda 3-cü oldu

RƏYLƏR


Top news