Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtaliya Prezidenti və Gürcüstan Baş nazirindən Azərbaycana başsağlığı

İtaliya Prezidenti və Gürcüstan Baş nazirindən Azərbaycana başsağlığı

Date: 11 December 2015 21:18

Bakı. Trend:

İtaliya Prezidenti Sergio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Xəzər dənizinin “Günəşli” neft yatağındakı platformada baş verən qəza nəticəsində insanların həyatlarını itirməsi, itkin düşməsi və xəsarət alması xəbərini dərin kədər hissi ilə qarşıladım.

İtkin düşən insanların axtarışının müsbət nəticələnəcəyinə ümid edir, Sizə, faciənin qurbanlarının ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına İtaliya xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Zati-aliləri, bu hüznlü günlərdə Sizin yanınızda olduğumuzu və kədərinizə şərik çıxdığımızı bildirirəm".

X X X

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilidən: "Günəşli" neft yatağındakı platformada baş vermiş qəza və insanların həlak olması xəbəri məni dərindən sarsıtdı.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və bütün xəsarət alanların tezliklə sağalmalarını arzulayıram. Biz Azərbaycan Respublikası rəhbərliyinin və xalqının bu ağır kədərini bölüşür, səbir və dözüm diləyirik".

X X X

Xorvatiyanın sabiq (2000-2010) Prezidenti Stepan Mesiçdən: "Dekabrın 4-də “Günəşli” neft yatağındakı platformada qəza nəticəsində insanların həlak olması xəbəri məni dərindən sarsıtdı.

Zati-aliləri, Sizə dərin hüznlə başsağlığı verir, faciə nəticəsində həyatını itirmiş insanların doğmalarına səbir diləyir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İtaliya Prezidenti Gürcüstan Baş nazirindən Azərbaycana başsağlığı

RƏYLƏR


Top news