Ulu öndər Heydər Əliyev dünya səviyyəli siyasi liderdir

Ulu öndər Heydər Əliyev dünya səviyyəli siyasi liderdir
21:33 11 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabr 11-də Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin xatirəsini anma tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin universitetdəki büstü önünə gül dəstələri düzüb, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov ulu öndər Heydər Əliyevin dünya səviyyəli siyasi lider olduğunu bildirib. Qeyd edilib ki, bütün ömrünü xalqının tərəqqisinə, yüksəlişinə, inkişafına həsr edən Ümummilli Lider müasir müstəqil Azərbaycanın banisidir. Ulu Öndərin yürütdüyü uzaqgörən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edilib ki, 1969-cu ildən sonrakı dövr Azərbaycanın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunub.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyev_dunya_seviyyeli_siyasi_liderdir-910539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR