Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Bunu normal qəbul etməliyik"

"Bunu normal qəbul etməliyik"

Date: 11 December 2015 21:37

Almaniya futbolunun tanınmış siması Franz Bekkenbauer "Bavariya"nın baş məşqçisi Xosep Qvardiolanın "Mançester Yunayted"ə gedə biləcəyini istisna etmir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, eks dünya çempionu bu barədə deyib:

"Pep dünyanın hər top klubu üçün maraqlıdır. Bunu normal qəbul etməliyik. O, özünə sərbəst klub seçə bilər. Dünyada məşhurluğuna görə prioritet "Mançester Yunayted"dir".

Qeyd edək ki, Qvardiolanın "Bavariya" ilə müqaviləsi 2016-cı ildə başa çatacaq. "Qırmızı şeytanlar"ın Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra baş məşqçi Van Qaala qarşı təzyiq daha da artıb.

Milli.Az


Tags:  Bunu normal qəbul etməliyik

RƏYLƏR


Top news