Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Türkiyənin baş naziri “Günəşli” faciəsi ilə əlaqədar Azərbaycan prezidentinə başsağlığı verib

​Türkiyənin baş naziri “Günəşli” faciəsi ilə əlaqədar Azərbaycan prezidentinə başsağlığı verib

Date: 11 December 2015 21:42

Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyənin Baş naziri “Günəşli” yatağındakı platformada qəza nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına, mərhumların doğmalarına və yaxınlarına başsağlığı verib, xəsarət alanlara tezliklə sağalmalarını arzu edib.
Azərbaycan prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Tags:  Türkiyənin baş naziri Günəşli faciəsi əlaqədar Azərbaycan prezidentinə başsağlığı verib

RƏYLƏR


Top news