​Salyan sakini ov tüfəngi ilə özünü yaralayıb

​Salyan sakini ov tüfəngi ilə özünü yaralayıb
21:52 11 Dekabr 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Salyanda güllələnmə hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
Belə ki, həmin yaşayış massivinin sakini, 24 yaşlı Elşən Rəhbər oğlu Əsədov ov tüfəngi ilə ehtiyatsız davranaraq atəş açıb. Nəticədə güllənin qırmaları onu sağ ayağından ağır yaralayıb. Yaralı dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sümükləri dağıldığından və qanaxma olduğundan yaralı əməliyyat edilərək Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/salyan-sakini-ov-tufengi-ile-ozunu-yaralayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR