Kembric Universiteti süni intellektin bəşəriyyətə təsirini öyrənəcək

Kembric Universiteti süni intellektin bəşəriyyətə təsirini öyrənəcək
21:53 11 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Bu günlərdə Kembric Universiteti 10 milyon funt sterlinqə başa gələn yeni tədqiqat mərkəzinin açıldığını elan edib. Bu mərkəz süni intellektin bəşəriyyətə təsirini öyrənəcək. 806 yaşı olan universitetdən bildiriblər ki, “The Leverhulme Trust” qeyri-kommersiya təşkilatı tərəfindən maliyyələşdirilən bu mərkəz süni intellektin inkişafı nəticəsində bəşəriyyətin rastlaşacağı imkanları və problemləri tədqiq edəcək.
AZƏRTAC “hi-news.ru” saytına istinadla xəbər verir ki, süni intellektin gələcəyi mərkəzi (Leverulm) həm qısamüddətli, həm də uzunmüddətli perspektiv üçün qarşıdan gələn 10 il ərzində bu “potensial epoxal texnolojı inkişafın” təsirini öyrənəcək. Mərkəzə professor Hyu Prays rəhbərlik edəcək.
Məşhur alimlər Stiven Hokinq (Kembric Universiteti) və Nik Bostrom (Oksford Universiteti) xəbərdarlıq ediblər ki, maşınlar növbəti yüzillikdə insanlardan ağıllı ola bilər, bu isə ən yaxşı halda iş yerlərinin ixtisar edilməsi, ən pis halda bütün bəşəriyyətin sonu deməkdir. S.Hokinq ötən ilin dekabrda deyib ki, “tam süni intellektin inkişafı nəticəsində insan irqi məhv ola bilər”.
Kembricdən bildiriblər ki, mərkəz universitetin nəzdindəki Ekzinstensial riskin öyrənilməsi mərkəzi (ERÖM) ilə birlikdə işləyəcək. “Skype”ın həmtəsisçisi Yaan Tallinin maliyələşdirdiyi ERÖM bəşəriyyətin üzləşəcəyi mümkün riskləri, eləcə də iqlim dəyişikliklərini, epidemiyaları, müharibələri və süni intellekti öyrənir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kembric_Universiteti_suni_intellektin_beseriyyete_tesirini_oyrenecek-910548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR