"Qarabağ"la "Qəbələ"nin UEFA-dan qazancı

"Qarabağ"la "Qəbələ"nin UEFA-dan qazancı
21:56 11 Dekabr 2015
152 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinə yekun vuruldu.

ANS PRESS-in məlumatına görə, turnirdə iştirak edən hər iki Azərbaycan klubu çıхışını dayandırıb.

Klublarımızın qrup mərhələsindəki çıхşına görə qazandığı məbləğ bəlli olub. "Qarabağ" 2 milyon 880 min avro qazanıb. Bunun 2 milyon 400 min manatı qrup mərhələsinə vəsiqə qazandığı üçün UEFA tərəfindən Ağdam klubuna veriləcək. "Anderleхt" üzərindəki ev qələbəsinə görə 360 min avro əldə edən "Qarabağ" "Monako" ilə matçdakı heç-heçəyə görə 120 min avro qazanıb.


"Qarabağ" klubu

"Qəbələ" isə büdcəsini 2 milyon 640 min avro artırıb. Qrup mərhələsinə vəsiqə qazandığı üçün 2 milyon 400 min manat əldə edən "qırmızı-qaralar" PAOK-la oyunlardakı heç-heçələrə görə 240 min avro qazanıb.

Klublarımızın qrup mərhələlərindəki gəliri:
Qarabağ - 2 880 000 avro
Qəbələ - 2 640 000 avro


"Qəbələ" klubu

"Qarabağ" təsnifat mərhələlərindəki çıхışına (Çempionlar Liqası və Avropa Liqası) görə 950, "Qəbələ" 630 min avro qazanmışdı. Bununla da ağdamlıların cari mövsüm avrokuboklardakı gəliri 3 milyon 830 min, "qırmızı-qaralar"ın gəliri isə 3 milyon 270 min avroya çatıb.

Klublarımızın təsnifat mərhələləri
Qarabağ - 950 000 avro
Qəbələ - 630 000 avro
Neftçi - 200 000 avro
İnter - 630 000 avro

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367072

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR