Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məktəblilərin ümumrespublika ekoloji “Breyn-rinq” bilik yarışının qalibləri müəyyənləşib

Məktəblilərin ümumrespublika ekoloji “Breyn-rinq” bilik yarışının qalibləri müəyyənləşib

Date: 11 December 2015 22:03


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya idarəsinin birgə təşkilatçılığı ilə SOCAR-ın Ekologiya İdarəsinin Eko-parkında “Ekoerudit” məktəblilərin ümumrespublika ekoloji “Breyn-rinq” bilik yarışının final mərhələsi keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, ekologiya elminin və ətraf mühitinin qorunması sahəsində müxtəlif mövzuları əhatə edən yarışmada 600-dən çox məktəbli biliklərini sınayıb.
Yarışın təşkilinin əsas məqsədi məktəblilərin ekoloji biliklərinin artırılması, ekoloji dünyagörüşlərinin və mədəniyyətlərinin, ətraf mühitə məsuliyyətli münasibətlərinin formalaşdırılmasıdır.
Bilik yarışında Şirvan şəhərinin “Şirvan” komandası birinci, Quba rayonunun “Ekostar” komandası və Bakıdakı 186 nömrəli tam orta məktəbin komandası ikinci, Bakıdakı 274, 49 nömrəli tam orta məktəblərin və Sumqayıt şəhərindəki təbiət elmləri təmayüllü gimnaziyanın komandaları üçüncü yerləri tutublar. Gəncə şəhər 17 nömrəli tam orta məktəbin “Nizami”, Astara rayonunun “Gənc ekoloqlar” və Qax rayonu 5 nömrəli tam orta məktəbin komandaları həvəsləndirici yerlərə layıq görülüblər.

Tags:  Məktəblilərin ümumrespublika ekoloji Breyn-rinq bilik yarışının qalibləri müəyyənləşib


RƏYLƏR


Top news