Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərəb dünyasının tanınmış yazıçısının yaradıcılığına həsr olunan tədbir keçirilib

Date: 11 December 2015 22:18


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrin 11-də Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində dünya şöhrətli yazıçı, “Ərəb romanının əmiri” Nəcib Məhfuzun yaradıcılığına həsr olunan tədbir keçirilib.
Mərkəzin müdiri Ahmed Sami Elaydi Nəcib Məhfuzun yaradıcılığı haqqında məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında Sərəncamına əsasən Nəcib Məhfuzun bir sıra əsərlərinin tərcüməsindən söhbət açıb.
Sonra yazıçının yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.
Misirin Azərbaycandakı səfiri Suzan Cəmil N.Məhfuzun yaradıcılığından danışıb və yazıçının əsərlərinin Azərbaycan dilinə tərcüməsini yüksək qiymətləndirib.
Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev də ərəb dünyasının tanınmış şəxsiyyəti olan yazıçının yaradıcılığı və əsərlərindən söhbət açıb.
Tədbirdə yazıçının əsərlərini Azərbaycan dilinə tərcümə etmiş şəxslər onun əsərlərindən bəhs ediblər.

Tags:  Ərəb dünyasının tanınmış yazıçısının yaradıcılığına həsr olunan tədbir keçirilib


RƏYLƏR


Top news