Sahibkarların vergi yükü azalacaq - VİDEO

Sahibkarların vergi yükü azalacaq - VİDEO
22:47 11 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

"Vergi Məcəlləsinə dəyişikliklər sahibkarların vergi yükünün azaldılmasına xidmət edir".

Xezerxeber.com bildirir ki, vergilər naziri Fazil Məmmədov AZƏRTAC-a müsahibəsində belə deyib. Onun sözlərinə görə, dəyişikliklərlə bağli son zamanlar kütləvi informasiya vasitələrində verilən yanlış şərhlər insanları bilərəkdən çaşdırmaq məqsədi daşıyır.

"Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi yükünün azaldılmasına xidmət edir. Dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi qarşıda duran əsas vəzifələrdəndir".

Bu barədə açıqlama verən vergilər naziri Fazil Məmmədov bir sıra sahələrdə sadələşdirilmiş verginin tətbiqinin əhəmiyyətində danışıb.

Dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Dövriyyəsi 200 min manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiq ediləcək. Satış dövriyyəsi 200 min manatdan aşağı olan bütün sahibkarlıq subyektləri yenə də əvvəlki qaydada, yəni Bakı şəhərində vergilərini 4 faiz, digər regionlarda isə 2 faiz dərəcə ilə ödəyəcəklər.

Nazir vergi borcunu ödəməyənlərə qarşı cəza tədbirlərindən də danışıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR