Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Valideynlər məktəbdə uşaqlarına nəzarət edə biləcək - VİDEO

Valideynlər məktəbdə uşaqlarına nəzarət edə biləcək - VİDEO

Date: 11 December 2015 22:52

Artıq valideynlər övladlarının dərsdə olub olmadığını, aldığı qiyməti və dərsdə özünü necə aparmasını həmin anda telefonla izləyə biləcəklər. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, özəl şirkətlərdən biri bunun üçün xüsusi proqram tərtib edib.

Tərtib edilən proqram valideynə imkan verəcək ki, övladının dərslərdə iştirakına birbaşa nəzarət edə bilsin. Başqa sözlə, dərsdə müəllimin jurnala etdiyi qeydlər eyni zamanda valideynin telefonunda da əks oluna biləcək.

Üstəlik proqram sadəcə dərsdə iştirakı deyil, alınan qiyməti və şagirdin özünü necə aparmağı haqqında da məlumat ötürür.

Müəllim valideynə hər hansı mesajını da bu proqramla çatdıra biləcək. "Mektapp" adlı proqramı "Google play"dən  mobil telefonlara və ya komputer, planşetlərə yükləmək lazımdır. Valideyn və müəllimlər üçün 2 variantda təqdim olunan proqram tamamilə pulsuzdur. Müəllimlərin istifadə etməsi üçün məktəblərə idarə paneli təqdim edilir və dərslər şagirdlərin siyahısı sistemə daxil olunur. Sistemə qoşulmaq istəyən valideyn də sadəcə məktəbə müraciət edib istifadəçi adı və parolu almağı və "Google play"dən proqramı yükləməyi kifayətdir.

Könüllü olaraq artıq bir neçə məktəb, hazırlıq kursu, eyni zamanda 57 valideyn proqramdan istifadə edirlər.

Milli.Az


Tags:  Valideynlər məktəbdə uşaqlarına nəzarət edə biləcək VİDEO


RƏYLƏR


Top news