Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Dinamo" üzərindəki qələbə "Bavariya"ya baha başa gəldi

"Dinamo" üzərindəki qələbə "Bavariya"ya baha başa gəldi

Date: 11 December 2015 22:57

Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Zaqreb "Dinamo"su üzərindəki qələbə (2:0) "Bavariya"ya baha başa gəlib.

Goal.az klub saytına istinadən xəbər verir ki, komandanın iki əsas futbolçusu - Frank Riberi və Mehdi Benatiya sıradan çıxıb. Futbolçuların hər ikisinə əzələ zədəsi diaqnozu qoyulub. Riberi ilə Benatiya 2015-ci ildə Münhen klubunun keçirəcəyi son 3 oyunu buraxmalı olacaqlar.

Xatırladaq ki, Riberi yenicə zədəsini sağaltmışdı. 9 aydan sonra yaşıl meydanlara qayıdan fransız yarımmüdafiəçi mart ayından bu yana ilk dəfə meydana çıxdığı Bundesliqanın son turunda Münhenqladbax "Borussia"sı ilə oyunda fərqlənə də bilmişdi.

Milli.Az


Tags:  Dinamo üzərindəki qələbə Bavariyaya baha başa gəldi

RƏYLƏR


Top news