Сenevrədə Suriya üzrə üçtərəfli görüş keçirilib

Сenevrədə Suriya üzrə üçtərəfli görüş keçirilib
23:05 11 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Сenevrədə Suriya üzrə BMT-ABŞ-Rusiya üçtərəfli siyasi məsləhətləşmələr çərçivəsində görüş keçirilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, məsləhətləşmələr iki saatdan çox davam edib.
 
Görüşdə digər mövzularla yanaşı "Suriyaya dəstək qrupu"nun növbəti görüşünə hazırlıq məsələləri müzakirə olunub.
 
Məsləhətləşmələrdə BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura, ABŞ dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi Enn Paterson və Rusiya xarici işlər nazirinin müavini Qennadi Qatilov iştirak ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR