Heydər Əliyevin xatirəsi Ankarada yad edildi

Heydər Əliyevin xatirəsi Ankarada yad edildi
23:09 11 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 11-də Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Ümummilli Liderin vəfatının 12-ci ildönümü ilə bağlı Ankaranın Yenimahalle səmtində yerləşən Heydər Əliyev parkında xatirə tədbiri təşkil edilib.

 

Səfirlikdən APA-ya verilən məlumata görə,  tədbirdə səfirliyin əməkdaşları, Türkiyənin hökumət və parlament üzvləri, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, Ankarada təhsil alan kursant, müdavim və universitet tələbələri, Heydər Əliyev məktəbinin şagirdləri, tanınmış elm və mədəniyyət xadimləri, diaspor nümayəndələrimiz və KİV nümayəndələri iştirak edib. Tədbir iştirakçıları tərəfindən Ulu Öndərin abidəsi önünə əklillər qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iki ölkə himnlərinin oxunması ilə başlayıb.

 

Səfir Faiq Bağırov, Türkiyə Respublikasının Baş Nazirinin müavini Tuğrul Türkəş, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri  Nəcdət Ünüvar, Ədalət və İnkişaf  Partiyası İğdır millət vəkili Nurettin Aras, Yenimahalle rayonunun bələdiyyə sədri Fethi Yaşar, tələbə və kursantlarımız həyata keçirdikləri çıxışlarda Heydər Əliyevin ölkəmizə və iki qardaş ölkə münasibətlərinə etdiyi əvəzsiz xidmətlərindən geniş şəkildə söz açıblar. Çıxışlar zamanı  Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin həyatında, xalqın taleyində oynadığı əzəmətli rol Azərbaycan xalqının yaddaşından silinməyəcəyini, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verdiyini, vətən və xalq qarşısındaki ən böyük xidməti müstəqil Azərbaycanın qurulması olduğunu və Azərbaycançılıq ideologiyasının yaradıcısı kimi ən böyük amalı güclü Azərbaycan dövlətini qurmaq və yaşatmaq olduğu qeyd olunub.

 

Tədbir zamanı Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramanın xatirə tədbirinə ünvanladığı mesajı oxunub. Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin mənalı ömür yolu və zəngin siyasi fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

 

Səfirlik tərəfindən keçirilən xatirə tədbiri Türkiyənin TRT AVAZ, TRT HABER və Anadolu Agentliyi tərəfindən işıqlandırılıb.



















Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR