Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ulu öndər Heydər Əliyevin xatirəsi Ankarada yad edilib

Ulu öndər Heydər Əliyevin xatirəsi Ankarada yad edilib

Date: 11 December 2015 23:28

Bakı. Trend:

11 dekabr 2015-ci il tarixində Səfirlik tərəfindən Ümummilli Liderimizin vəfatının 12-ci ildönümü ilə bağlı Ankaranın Yenimahalle səmtində yerləşən möhtəşəm Heydər Əliyev parkında xatirə tədbiri təşkil edilib. Bu barədə Trend Azərbaycanın Türkiyədəki Səfirliyinə istinadən məlumat verib.

Tədbirdə Səfirliyin əməkdaşları, Türkiyənin hökumət və parlament üzvləri, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, Ankarada təhsil alan kursant, müdavim və universitet tələbələrimiz, Heydər Əliyev məktəbinin şagirdləri, tanınmış elm və mədəniyyət xadimləri, diaspor nümayəndələrimiz və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən Ulu Öndərimizin abidəsi önünə əklillər qoyulmuş, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iki ölkə himnlərinin oxunması ilə başlayıb.

Səfir Faiq Bağırov, Türkiyə Respublikasının Baş Nazirinin müavini Tuğrul Türkəş, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nəcdət Ünüvar, Ədalət və İnkişaf Partiyası İğdır millət vəkili Nurettin Aras, Yenimahalle rayonunun bələdiyyə sədri Fethi Yaşar, tələbə və kursantlarımız həyata keçirdikləri çıxışlarda Ulu Öndərin ölkəmizə və iki qardaş ölkə münasibətlərinə etdiyi əvəzsiz xidmətlərindən geniş şəkildə söz açıb.

Çıxışlar zamanı Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin həyatında, xalqın taleyində oynadığı əzəmətli rol Azərbaycan xalqının yaddaşından silinməyəcəyini, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verdiyini, vətən və xalq qarşısındaki ən böyük xidməti müstəqil Azərbaycanın qurulması olduğunu və Azərbaycançılıq ideologiyasının yaradıcısı kimi ən böyük amalı güclü Azərbaycan dövlətini qurmaq və yaşatmaq olduğu qeyd olunub.

Qeyd etmek istərdik ki, tədbir zamanı Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramanın xatirə tədbirinə ünvanladığı mesajı oxunub.

Daha sonra tədbir iştirakçıları Ulu Öndərin mənalı ömür yolu və zəngin siyasi fəaliyyətini əks etdirən sərgi ilə tanış oldular.

Səfirlik tərəfindən keçirilən xatirə tədbiri Türkiyənin TRT AVAZ, TRT HABER və Anadolu Agentliyi tərəfindən işıqlandırılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Ulu öndər Heydər Əliyevin xatirəsi Ankarada yad edilib

RƏYLƏR


Top news