Ukraynalı müğənni oğluna "Təbriz" adını qoydu

Ukraynalı müğənni oğluna "Təbriz" adını qoydu
01:26 12 Dekabr 2015
60 Şou
Ölkə mətbuatı
A- A+

Ukraynanın xalq artisti İrina Bilık ikinci dəfə ana olub. Körpənin atası məşhur rejissor Aslan Əhmədovdur.

Axşam.az Report-a istinadən xəbər verir ki, oğlan uşağı dekabrın 8-də Avropa ölkələrindən birində dünyaya gəlib. Artıq müğənninin oğluna hansı adı qoyacağı barədə məlumatlar da yayılıb.

Bilıkın böyük oğlunun adı Qlebdir. İrina kiçik oğluna isə "Təbriz" adını seçib.

Ukrayna üçün qeyri-adi olan bu ad, körpənin atasının əslən Azərbaycandan olması ilə izah edilir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42359

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR