Azərbaycanın yeni gəlir mənbəyi

Azərbaycanın yeni gəlir mənbəyi
01:41 12 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Prezidenti İlham Əliyevin Çinə səfəri başa çatıb.

ANS PRESS-in məlumatına görə, İlham Əliyev “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi və iki ölkənin dəmir yolları arasında əməkdaşlıqla bağlı müqavilə imzalayıb.

Çinlə Azərbaycan arasında əməkdaşlıqın yeni məlhələsi regionda baş verən ciddi giosiyasi dəyişiklərin fonunda başlayır. Azərbaycanın dünyanın iqtisadi məkrəzlərindən biri olan Çinlə əməkdaşlığı artırması başa düşüləndir. Çünki dünya bazarında neftin qiymətinin enməsi ölkələri alternativ gəlir mənbələri axtarmağa sövq edir.

Yeni əməkdaşlıq prespektivlərinin yarandığı bir vaxtda Azərbaycan yük daşınması üçün nəzərdə turulan rüsumları əhəmiyyətli dərəcədə aşağı saldı.


Çində sənədlərin imalanma mərasimi


TRACECA-nın katibi Akif Mustafayev sözlərinə görə, belə güzəştlərin edilməsindən sonra Azərbaycanın tranzit gəlirləri daha da artacaq: “Azərbaycanın geostrateji və coğrafi vəziyyəti qərblə - şərq arasında ən qısa məsafəli tranzit ölkə kimi əhəmiyyətini artırır. Yükdaşımalar edilən güzəştlərin hər biri Azərbaycanın tranzit gəlirlərinin artırılmasına hədəflənir. Amma güzəştlərdən sonra ölkəmizin tranzit gəlirlərinin nə qədər artacağını zaman göstərəcək”.


Akif Mustafayev - TRACECA-nın katibi


Akif Mustafayev bildirir ki, Statistika Komitəsinin rəsmi məlumatına görə, son endirimlərə qədər Azərbaycanın tranzitdən gəlirləri 350 milyon dollar təşkil edirdi: “Amma bu gəlirlər bir quruma aid deyil. Ölkəmizdə “Azərbaycan Dəmir Yolları” QSC-i, “Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Dəniz Limanı” yüklərin daşınması ilə məşqul olur. Bu sıraya fiziki şəxslərin TIR-larla daşıdığı yüklərində aid etmək olar. Bütün bu gəlirlər ayrı - ayrı hesablanır. Yük daşımaqla məşqul olan qurumların gəlirlərini topladıqda rəsmi məlumatlara görə, 350 milyon dollar edir".

TRACECA-nın katibi bildirdi ki, prezident İlham Əliyevin Çinə səfəri TRACECA dəhlizi ilə yeni yüklərin daşınması üçün çox əhəmiyyətlidir.

“Prezident Çində bu məsələlərlər bağlı müzakirələr aparılıb və sazişlər imzalanıb. Səfər çərçivəsində qoyulan məqsədə nail olundu. Ən əhəmiyyətli sazişlərdən biri qısalığı ilə seçilən TRACECA dəhlizi ilə yüklərin daşınması barədə əməkdaşlığa imza atılmasıdır. Bu sazişin əldə olunmasında məqsədlərdən biri Çindən Avropaya yüklərin daşınmasıdır. TRACECA dəhlizində Azərbaycanın mövqeyi çox əhəmiyyətlidir”.


Qədim "İpək Yolu"


Dəmir yolları ilə yüklərin daşınması Asiya ölkələrində çox yüksək səviyyədədir. Amerika qitəsində ABŞ, Kanada və Meksika ölkələr tranzitdən milyardlarla dollar gəlir əldə edir. Azərbaycan 140 dünya ölkələri ilə iqtisadi – siyasi əlaqələr yaradıb. Odur ki, bu əlaqələrin yaranmasında nəqliyyat sahələrinin o cümlədən avtomobil nəqliyyatının xüsusi rolu vardır. Müasir dünya ölkələrində aparılan hesablamalara görə avtomobil yollarının ümumi uzunluğu 24200 min km təşkil edir.

Dünyada baş verən son proseslər nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artırır. Hazırda ölkələr bir – birini müharibələrlə deyil, iqtisadi qadağalarla göstərir. Bu tendensiya özünü son baş verən hadisələrdə açıq şəkildə göstərdi. Rusiya və Türkiyə arasında qalmaqladan sonra müharibə olmadı. Ölkələr bir – biri ilə iqtisadi sanksiyalar dilində danışdı. Burada sanksiyalar içərisində tranzit qadağaları böyük əhəmiyyət kəsb edir. Məsələn, Rusiya Türkiyə TIR-larının ölkəsinin ərazisindən keçməsinə icazə vermir.

Əlbəttə ki, region dövlətləri bu qadağalardan əhəmiyyətli dərəcədə istifadə edir. Məsələn, Rusiyanın kəsdiyi yolu Azərbaycan açır və rəsmi Moskvanın itirdiyi gəlirləri qazanır. Hazırkı Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. TRACECA dəhlizinə yeni dövlətlərin cəlb edilməsi ilə Azərbaycanın dünyada tranzit ölkəsi imicini qazanmasına şərait yarada bilər. Bu isə Azərbaycanın regiona təsirini daha da artıra bilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367061

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR