Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Serial aşiqləri: Oqtay Kaynarca və Deniz Çakır

Serial aşiqləri: Oqtay Kaynarca və Deniz Çakır

Date: 12 December 2015 02:04

“Serial aşiqləri” sırasına daha bir cütlük daxil olub. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin “ATV” telekanalında yayımlanan “Eşkiya dünyaya hükümdar olmaz” serialının baş qəhrəmanlarını oynayan Oqtay Kaynarca ilə Deniz Çakırın sevgili olduğu iddia olunur.

 

Məlumata görə, serialda qalmaqallı ər-arvadı oynayan cütlük bir gün öncə Bebekdə, Kaynarçanın evinin yaxınlığında paparatsilərə yaxalanıb. O. Kaynarca şəkillərinin çəkilməyindən çox narahat olub.

Cütlük bir gün öncə də retoranlardan birində jurnalistlərin obyektivinə tuş gəlib.

 

Qeyd edək ki, Kaynarca ilə D. Çakır İnstagram-da tez-tez birlikdə çəkilmiş şəkillərini paylaşır.







Tags:  Serial aşiqləri Oqtay Kaynarca Deniz Çakır


RƏYLƏR


Top news