Müştəri məşqçini zorladı (VİDEO, FOTO)

Müştəri məşqçini zorladı (VİDEO, FOTO)
02:11 12 Dekabr 2015
950 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskvada müştəri elit kompleksdə fitnes üzrə məşqçini zorlayıb. ANS PRESS-in məlumatına görə, hadisə paytaxtın varlılar yaşayan "Alıye Parusa" yaşayış kompleksində baş verib.

Yaşayış kompleksinin ərazisində yerləşən fitnes mərkəzin müştərisi 19 yaşlı məşqçi qızı zorlayıb. Bu fakt üzrə cinayət işi qaldırılıb. İstintaq orqanları kişi barəsində "zorlama" və "seksual xarakteli zorakı hərəkətlər" maddələri ilə cinayət işi açıb.

“Hüquq-mühafizə orqanlarının versiyasına görə, 2015-ci il dekabrın 5-də Moskva şəhərinin Aviasiya küçəsində yerləşən fitnes-mərkəzdə kişi fitnes üzrə 19 yaşlı təlimatçını zorlayıb. Faktla bağlı cinayət işi açılıb”, - deyə Moskva polisinin nümayəndəsi Yuliya İvanova bildirib.


Zorlanan məşqçi

Polis bu cinayətin törədilməsində "Alıye Parusa" yaşayış kompleksinin sakini David. S adlı şəxsdən şübhələnir. Müstəntiqlər onun kiçik mehmanxana biznesinin olduğunu aydınlaşdırıb. Hazırda Davidin axtarışları davam edir.





Analoji hal 2014-cu ildə Moskvanın digər bir ərazisində baş verib. Pavel adlı şəxs fitnes klubda çalışan Nadya.N zorladıqdan sonra qızı öldürmüşdü. Moskva polisi uzun axtarışlardan sonra onu taparaq həbs etmişdi. Daha sonra həmin şəxs məhbəsdə şübhəli intiharla həyatına son qoymuşdu.


Hadisə baş verən ərazi xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367078

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR