ABŞ-ın Merilend ştatında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar xeyriyyəçilik təşkilatına ianə edilib

ABŞ-ın Merilend ştatında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar xeyriyyəçilik təşkilatına ianə edilib
02:13 12 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Merilend ştatının ən böyük xeyriyyəçilik təşkilatı olan Merilend Qida Bankına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü çərçivəsində Azərbaycan tərəfindən ianə edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Qida Bankının Hökumətlə Əlaqələr üzrə Direktoru Nensi Smitlə (Nancy K. Smith) görüşü zamanı Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyin müşaviri Məmməd Talıbov artıq üçüncü ildir ki bu xeyriyyəçilik aktının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi günü çərçivəsində keçirildiyini qeyd edərək, Ulu Öndərin sosial inkişaf və Azərbaycan xalqının rifahına daim göstərdiyini böyük qayğı barədə danışdı. O, Heydər Əliyevin siyasətini davam edən Azərbaycan rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkə əhalisinin yaşayış səviyyəsinin tədricən yaxşılaşdığı, həmçinin yoxsulluq səviyyəsinin son 15-20 il ərzində kəskin dərəcədə azalaraq 6 %-dan aşağı olduğunu həmsöhbətin diqqətinə çatdırdı. Eyni zamanda Azərbaycan təmsilçisi, Ermənistanın ölkəmizə qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilmiş bir milyona qədər həmvətənimizə Azərbaycan Hökuməti tərəfindən göstərilən qayğıdan söz açdı, onların yeni evlərlə təmin olunması üzrə müvəffəqiyyətlə həyata keçirilmiş proqramlar barədə bildirdi.

N.Smit təmsil etdiyi təşkilat adından Azərbaycan Hökumətinə böyük minnətdarlığını bildirdi. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı Merilend Qida Bankına ölkəmizin yardımının artıq çox gözəl bir ənənəyə çevrildiyini deyən N.Smit bunun olduqca yüksək qiymətləndirildiyini söylədi. O bildirdi ki, 1979-cu ildən fəaliyyət göstərən Merilend Qida Bankının vasitəsilə hər il ehtiyacı olan yüzminlərlə amerikanlıya qida məhsulları paylanılır (bu il 850 minə dək), bundan əlavə təşkilat tərəfindən buraya müraciət edənlər üçün gələcəkdə işlə təmin olunmaları üçün müxtəlif təlimlərin keçirildiyini, və ümumiyyətlə bu təşkilatın məqsədinin ehtiyacı olan insanların yalnız qida ilə təmin edilməsi deyil, onların cəmiyyətə və tam normal həyata qayıtmasına yardım edilməsi olduğunu diqqətə çatdırdı. Bundan sonra Azərbaycanlı diplomata Merilend Qida Bankının Baltimor şəhərində yerləşən kompleksi nümayiş olunmuş, burada aparılan işlər və çalışan könüllülər ilə tanışlıq edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2468666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR