Samir Abbasov: "Qarabağ" kimi komandanın 1 qol vurub məğlub etdiyi komandanı 3 qolla üstələməyimiz sevindiricidir"

"Sumqayıt" səfərdə "İnter"i 3:2 hesabı ilə məğlub edib.

"İnter" - "Sumqayıt" oyununun ardından qonaqların baş məşqçisi Samir Abbasov mətbuat nümayəndələrinin qarşısına çıxıb. Gənc mütəxəssisin səsləndirdiyi fikirləri təqdim edirik:

"Sanki, “Kəpəz”lə oyunun davamı idi. “İnter”lə gərgin, maraqlı oyun alındı, azarkeşlər çox qol gördülər. Həyəcanlı bir görüş alındı, heç-heçə də edə bilərdik, məğlub da ola bilərdik, böyükhesablı qələbə də qazana bilərdik. Bu hesab da məni razı salır. “Qarabağ” kimi komandanın 1 qol vurub məğlub etdiyi komandanı 3 qolla üstələməyimiz sevindiricidir. Heyətdə zədəli oyunçularımız az deyildi, buna baxmayaraq, futbolçularımız can qoydular və qələbə qazandılar. Zurab Xizanişvili ilə Ağabala Ramazanovun epizoduna gəlincə, konkret danışa bilmirəm. Penaltinin olub-olmadığını deməyə çəkinirəm. Düzdür, mən həmin anda reaksiya verdim. Amma unutmayaq ki, insanın reaksiyası öz istəyinə uyğun olur, mən də lehimizə penalti istəyirdim. Amma epizoda baxdıqdan sonra dediyin bəzən səhv çıxır. Ümumilikdə götürsək, 3-0 hesabı ilə irəlidə olduğumuz oyunda heç-heçə etsəydik və ya məğlub olsaydıq, sadəcə təəssüflənməzdim, dəli olardım".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR