Avro-2016-nın püşkü atıldı

Bütün dünyanın gözü Fransanın paytaxtı Parisdə idi.

Metbuat.az-ın məlumatına görə, bu gün, 2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının püşkü atılıb. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Fransa millisi ev sahibi olduğu üçün, birbaşa A qrupunda yer alıb. Püşkatma nəticəsində Avro-2016-nın 6 qrupu aşağıdakı kimi formalaşıb.

A qrupu: Fransa, Rumıniya, Albaniya, İsveçrə

B qrupu: İngiltərə, Rusiya, Uels, Slovakiya

C qrupu: Almaniya, Ukrayna, Polşa, Şimali İrlandiya

D qrupu: İspaniya, Çexiya, Türkiyə, Xorvatiya

E qrupu: Belçika, İtaliya, İrlandiya, İsveç

F qrupu: Portuqaliya, İslandiya, Avstriya, Macarıstan

Avropa çempionatı 10 iyun - 10 iyul tarixləri aralığında keçiriləcək. Qruplarında ilk iki pilləni tutan yığma komandalar və ən yaxşı 4 qrup üçüncüsü növbəti mərhələyə vəsiqə qazanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR