Neftin qiyməti ilə bağlı şok proqnoz

Neftin qiyməti ilə bağlı şok proqnoz
04:11 12 Dekabr 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın aparıcı neft ixrac edən ölkələri neftin 1 barelinin 20 dollara qədər düşməsinin mümkünlüyünə hazırlaşır.

ANS PRESS-in məlumatına görə, Brent markalı neftin 1 bareli 2009-cu ildən bu yana ilk dəfə olaraq 40 dollardan aşağı düşüb. Dünya ölkələri artıq neft kəskin şəkildə ucuzlaşması ilə bağlı tədbirlər görməyə başlayıblar.

Rusiya maliyyə nazirinin müavini Aleksey Moisey "Reuters"ə açıqlama verib ki, neftin qiyməti 20 dollara düşsə, əlavə ixtisarlar həyata keçiriləcək: "Neftin qiyməti 60 dollar olanda biz göstərdik ki, neftin qiymətinə görə büdcə kəsrinə hazırıq. Lakin neft 40 dollar olarkən uzunmüddətli davamlılığı təmin etmək məqsədilə əlavə ixtisarlara ehtiyacımız var. Əgər neftin qiyməti 20 dollara qədər düşsə, biz daha böyük ixtisarlar həyata keçirməyə məcbur olacağıq".


Con Braun - BP şirkətinin keçmiş rəhbəri

Dünyanın aparıcı neft hasilə edən ölkələri Rusiya və Səudiyyə Ərəbistanı neftin bir barelinin qiyməti 100 dollar olanda xərclərini artırıb. 2014-cu ilin avqust ayında neftin qiyməti pik həddə - 115 dollara çatmışdı. Amma OPEK ölkələri maliyyə çətinlikləri ilə üzləşdikdən sonra neftin qiyməti sürətlə düşməyə başladı.

Hər kəs ümid edirdi ki, OPEK neftin qiymətinin qalxması üçün haslatı azaldacaq. Amma bu baş vemədi və nəticədə neft ucuzlaşmaqda davam etdi.



Bloomberg agentliyindəki neftin qiymət cədvəli


BP şirlətinin keçmiş rəhbəri Con Braun Bloomberg TV-yə müsahibəsində neftin qiymətinin 20 dollara qədər düşməsinin mümkünlüyünü istisna etməyib: "Bir vaxtlar neftin 1 barelinin qiyməti 10 dollardan 100 dollara qədər yüksəlmişdi. Yaxın perspektivdə mümkünsüz heç nə yoxdur".

1995 - 2007-ci illərdə BP-nin rəhbəri olmuş Braun əlavə edib ki, uzunmüddətli perspektivdə neftin 20 dollar olacağı ilə bağlı danışmaq düzgün deyil.

Hazırda isə neft ucuzlaşmaqda davam edir. Son məlumatlara görə, dünya bazarında Brent markalı neftin 1 bareli 38 dollardan da aşağı düşərək 37,94 dollara satılır. Bu, 2008-ci ildən bu vaxtadək ən ucuz qiymətdir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR