Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cenevrədə terror şəbəkəsi ilə əlaqədə şübhəli bilinən iki şəxs həbs edilib

Cenevrədə terror şəbəkəsi ilə əlaqədə şübhəli bilinən iki şəxs həbs edilib

Date: 12 December 2015 04:28

Bakı. Trend:

Cenevrədə terror təhlükəsi ilə bağlı xəbərdarlığının ən yüksək pilləyə qaldırılmasından sonra iki şəxs polis tərəfindən həbs edilib.

Trend "Tibune de Genève" qəzetinə istinadən məlumat verir ki, polisin apardığı antiterror əməliyyatı çərçivəsində iki şəxs həbs edilib və onların avtomobilində partlayıcı maddənin izləri aşkarlanıb. Prokurorluq tərəfindən Suriya əsilli şəxslərin saxlanması və onların terror təhlükəsi ilə əlaqəli olması barədə rəsmi təsdiq verilməyib.

Qeyd edək ki, dekabrın 10-da İsveçrə polisi Cenevrə şəhəri və regionu üzrə terror təhlükəsi olduğunu elan edib və regionda noyabrın 13-də Parisdə törədilmiş terror aktları ilə əlaqəli dörd şəxsin axtarışı başlanıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Cenevrədə terror şəbəkəsi əlaqədə şübhəli bilinən iki şəxs həbs edilib

RƏYLƏR


Top news