Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qambiya İslam Respublikası oldu

Qambiya İslam Respublikası oldu

Date: 12 December 2015 04:29

Qambiyanın prezidenti Yaya Camme ölkəsini İslam Respublikası elan edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının bəyanatında bildirilir.

 

“Bu gündən Qambiya – İslam dövlətidir”, Y.Cammenin bəyanatında deyilir. Bununla belə o vurğulayıb ki, ölkə vətəndaşları istədikləri dinə etiqad edə bilərlər.

 

1965-ci ilədək Böyük Britaniyanın müstəmləkəsi olan Qambiyada əhalinin 90% müsəlmandır.

 

Qeyd edək ki, indiyədək dünyada 4 İslam Respublikası mövcud idi: İran, Pakistan, Əfqanıstan və Mavritaniya.


Tags:  Qambiya İslam Respublikası oldu

RƏYLƏR


Top news