​Ərdoğan: "İraqın Türkiyədən BMT-yə şikayət etməsi "ədalətsiz addımdır" "

​Ərdoğan: "İraqın Türkiyədən BMT-yə şikayət etməsi "ədalətsiz addımdır" "
04:32 12 Dekabr 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ "İraqın Türkiyədən BMT-yə şikayət etməsi "ədalətsiz addımdır".
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
"Onlar BMT-yə müraciət edə bilərlər, onların buna haqqı var, lakin bu "ədalətsiz addımdır" ", — deyə o bildirib.
İraq hakimiyyəti bəyan edib ki, Türkiyə kürd xalq dəstələrinə təlim keçmək adı altında İraqa 900 nəfərdən ibarət dəstə göndərib. Bağdad buna etirazını bildirsə də, Türkiyə qoşunlarını ölkə ərazisindən çıxarmayıb.
Bundan əvvəl Ərdoğan Türkiyənin təlimləri davam etdirmək niyyətində olduğunu bildirib.
Bununla əlaqədar olaraq İraq bəyan edib ki, yaxın iki gün ərzində Türkiyədən BMT-yə şikayət edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/region/erdogan-i-raqin-turkiyeden-bmt-ye-sikayet-etmesi-edaletsiz-addimdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR