Yoqa hesabına 133 kilo arıqladı

05:09 12 Dekabr 2015
82 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ sakini, 222 kilo ağırlığında olan 40 yaşlı kişi yoqa ilə məşğul olaraq 133 kilo arıqlayıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Salt Lahe ad-soyadlı kişi 40 yaşını qeyd edərkən kök olmaq istəmədiyini deyib və bunun üçün əlindən gələni etməyə başlayıb. Yaşadığı ərazidə ən kök adam sayılan Lahe çətinliklə yeriyirmiş.

 

Arıqlamağa qərar verən Lahe yoqanı seçib və həyatı haqqında bunları yazıb: “Bütün həyatım boyunca kök idim. Hər gün bir az daha kökəlirdim. Bu, artıq həyatımın gərçəyi idi və bunu qəbul etmişdim. 40 yaşımda həyat tərzimi dəyişdirməyə qərar verdim və arıqladım”.

 

15 ay ərzində 133 kilo çəki atan S.Lake yoqa ilə bərabər idman da edib. Eyni zamanda yeməyinə diqqət edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224921

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR