Lənkəran Baytarlıq İdarəsi profilaktik peyvəndləmə tədbirlərinə başlayıb

Lənkəran Baytarlıq İdarəsi profilaktik peyvəndləmə tədbirlərinə başlayıb
05:28 12 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 12 dekabr, AZƏRTAC
Epizootik sabitliyin təmin olunması məqsədilə Lənkəran Rayon Baytarlıq İdarəsi dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirlərinə başlayıb.
Kampaniya çərçivəsində rayonda 53 minə yaxın iribuynuzlu mal-qara və davarlar peyvənd olunacaq.
Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti xidməti tərəfindən Lənkəran Rayon Baytarlıq İdarəsinə lazımi qədər vaksin göndərilib.
Lənkəran Rayon Baytarlıq İdarəsinin rəisi Əzizağa İskəndərov bildirib ki, dabaq xəstəliyi çox sürətlə yayılan infeksion xəstəlik olduğundan xəstəliyə qarşı əsasən yaz, payız aylarında vaksinasiya aparılır.
Bu cür infeksion xəstəliklər heyvanlar arasında kütləvi şəkildə yayılır. Buna görə də böyük iqtisadi ziyanın qarşısını almaq və vaxtında peyvəndləmə işləri aparmaq üçün yerlərdə Dövlət Baytarlıq Xidmətinin mütəxəssislərinə kömək göstərilməli, onlar üçün lazımi şərait yaradılmalıdır.
Rayonda dabaq xəstəliyinə qarşı peyvəndləmə kampaniyası yanvarın əvvəllərində başa çatacaq. Daha sonra qarayara, nodulyar dermatit və digər infeksion xəstəliklərə qarşı vaksinləmə işi aparılacaq.
Qeyd edək ki, Lənkəran rayonunda 53 minə yaxın iribuynuzlu mal-qara, 21 min 421 baş davar var.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeran_Baytarliq_Idaresi_profilaktik_peyvendleme_tedbirlerine_baslayib-910570

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR