Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Miqrantlar üçün nəzərdə tutulmuş binada yanğın törədildi

Miqrantlar üçün nəzərdə tutulmuş binada yanğın törədildi

Date: 12 December 2015 05:49

Finlandiyanın cənubunda Asikkala bələdiyyəsində miqrantların yerləşdirilməsi üçün nəzərdə tutulan hotel yandırılıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hotelin sahibi məlumat verib.

 

Onun sözlərinə görə, naməlum şəxslər dekabrın 12-ə keçən gecə binaya od vurublar.

 

Yanğınsöndürənlər qısa müddətdə yanğını söndürüblər. Hotelə cüzi ziyan dəyib, zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.


Tags:  Miqrantlar nəzərdə tutulmuş binada yanğın törədildi

RƏYLƏR


Top news