Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​69 yaşlı paytaxt sakini mənzilində ölü vəziyyətdə tapılıb

​69 yaşlı paytaxt sakini mənzilində ölü vəziyyətdə tapılıb

Bakıda oğru qadın tutuldu (23 Mart 2017 18:37)
Goranboyda 35 yaşlı kişi meyiti tapılıb (13 Mart 2017 15:52)
Nazirlik qətllərlə bağlı məlumat yaydı (13 Mart 2017 13:44)

Tarix: 12 Dekabr 2015 06:02

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün gecə saatlarında Bakının Suraxanı rayonunda 1946-cı il təvəllüdlü Rzayeva Lalə Rza qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı L.Rzayevanın vəfat etdiyi müəyyən olunub.

Teqlər:  yaşlı paytaxt sakini mənzilində ölü vəziyyətdə tapılıb



RƏYLƏR


Top xəbərlər