Mikroskop altında "dəhşət filmləri" (VİDEO)

Mikroskop altında "dəhşət filmləri" (VİDEO)
07:26 12 Dekabr 2015
78 Şou
Ölkə mətbuatı
A- A+

Mikroskop altında canlıların o cümlədən parazitlərin davranışları barədə hazırlanmış bu sənədli film "Niksons Small World" kino-fotomikroqrafiya müsabiqəsinin qalibi seçilib.

ANS PRESS-in məlumatına görə, filmdə “Tərlik” və ya infuzor adlandırılan təkhüceyrəli canlının öz şikarını udması əksini tapır. Filmin yaradıcısı Van Eqmond dostunun həyətyanı sahəsində yaranmış gölməçədən götürdüyü su nümunəsinə mikroskop altında baxmaq istəyib və müşahidəyə başlayar-başlamaz təkhüceyrəlinin hansı yolla qidalanmasının canlı şahidi olub.

İkinci yer isə World Science TV kanalından olan Deniel Parsonsun çəkdiyi sənədli filmə nəsib olub. "Qarasahə mikroskopiyası" metodu ilə aparılan çəkilişdə termitin bağırsağında yediyi taxtanın həzminə kömək edən canlı qeydə alınıb.

Həmin videoda kiçik orqanizmlərin, həzm prosesində bir komanda kimi birgə davranışları üzə çıxır. Müsabiqədə 3-cü yeri tutan başqa bir sənədli filmdə isə Oukland Universitetindən olan Qonzalo Avila dəhşət filmlərinə bənzər, arı sürfəsinin parazit olaraq sahibinin bədənindən çıxması və onu baramaya çevirməsini göstərib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR