Ən balaca narkoman

Ən balaca narkoman
07:47 12 Dekabr 2015
211 Maraqlı
Ölkə mətbuatı
A- A+

Amerikada yaşayan bir qadın hamilə ikən narkotik maddələrdən istifadə etdiyi üçün uşağı da narkotik aludəsi kimi dünyaya gəlib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Klorissa Jones adlı qadın ilk uşağını dünyaya gətirdikdən sonra narkotik maddələrdən istifadə etməyə başlayıb və ikinci uşağına hamilə ikən də bu vərdişindən vaz keçməyib. Dünyaya gətirdiyi uşağına Braxton adını verən qadın övladı doğulan zaman acı xəbəri alıb. Belə ki, həkimlər uşağın durmadan ayağını oynatdığını görüb ondan analizlər götürüblər. Nəticədə məlum olub ki, uşaq narkotik aludəçisi kimi dünyaya gəlib.

Gənc qadın doğuş zamanı da damardan narkotik qəbul etdiyini etiraf edib. Uşağı müayinə edən həkim isə açıqlamasında bunları deyib: "Bu, bir xəstəlikdir, virusdur. Bu ölkədə narkotik istifadəçilərinin sayı hər gün daha da artır. Narkotik aludəsi olaraq doğulan uşaqların sayı hər gün bir az daha artır. Son 10 ildə 130 min belə uşaq dünyaya gəlib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR