Yaponiyada Azərbaycan dili kursları başlayıb

Yaponiyada Azərbaycan dili kursları başlayıb
07:48 12 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 12 dekabr, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokioda fəaliyyət göstərən Türk Mədəniyyət Mərkəzində (TMM) ilk dəfə Azərbaycan dili kursları açılıb.
Kursun məqsədi barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən mərkəzin direktor müavini Kəmaləddin Doğrutəkin bildirib ki, 1997-ci ildən fəaliyyət göstərən TMM-də bütün türk xalqlarının mədəniyyətinin, dilinin, adət-ənənlərinin yaponlara öyrədilməsi istiqamətində iş aparılır. Mərkəz açılan zaman onun Türkiyə-Orta Asiya Mədəniyyət Mərkəzi adlandığını xatırladan K.Doğrutəkin bildirib ki, burada yalnız Türkiyə türklərinin deyil, eyni zamanda, Orta Asiya türklərinin mədəniyyətinin təbliğinə də xüsusi diqqət yetirilib. Ümumi türk mədəniyyətinə Yaponiyada böyük marağın olduğunu vurğulayan direktor müavini yaponların Azərbaycanla bağlı məlumatlar əldə etmək üçün də mərkəzə müraciət etdiklərini qeyd edib. Bunun Azərbaycanın sürətli inkişafı ilə bağlı olduğunu, ölkəmizlə əlaqə qurmaq istəyən yapon iş adamlarının Azərbaycan dilini öyrənmək üçün mərkəzə gəldiklərini bildirib. Qeyd edib ki, Yaponiyada Azərbaycan dilini öyrədəcək müəllim tapa bilmədiklərinə görə məsələ bir qədər yubandı.
A.Yusifova ilə əlaqə qurmaqda və kursların təşkilində göstərdiyi köməyə görə AZƏRTAC-ın Yaponiya bürosuna təşəkkürünü bildirən K.Doğrutəkin deyib ki, qarşılıqlı razılaşmaya əsasən onun mərkəzdə Azərbaycan dilini tədris etməsi qərara alındı.
Türk Mədəniyyət Mərkəzində Azərbaycan dili dərsləri artıq başlayıb və A.Yusifova yapon şagirdlərinə ölkəmiz haqda məlumat verir, Azərbaycan hərflərini, sözlərin yazılışını öyrədir. Onun fikrincə, yalnız Azərbaycan dilini öyrətməklə kifayətlənməyən bu dərslər, ümumiyyətlə, regionun lider dövlətinə çevrilmiş Azərbaycanı uzaq Yaponiyada tanıtmaqda mühüm rol oynayacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyada_Azerbaycan_dili_kurslari_baslayib-910573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR