Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qambiya özünü İslam Respublikası elan edib

Qambiya özünü İslam Respublikası elan edib

Ərdoğan 19 qanunu təsdiqlədi (09 Mart 2017 09:58)
Vasif Talıbov yeni loqonu seçdi və pul mükafatı verdi (01 Mart 2017 10:22)
Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib (15 Fevral 2017 12:37)

Tarix: 12 Dekabr 2015 07:57

Qambiyanın prezidenti Yəhya Camme ölkəsini İslam Respublikası elan edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının bəyanatında bildirilir.
 
"Bu gündən Qambiya - İslam dövlətidir", Y.Cammenin bəyanatında deyilir. Bununla belə o vurğulayıb ki, ölkə vətəndaşları istədikləri dinə etiqad edə bilərlər.
 
1965-ci ilədək Böyük Britaniyanın müstəmləkəsi olan Qambiyada əhalinin 90% müsəlmandır.
 
Qeyd edək ki, indiyədək dünyada 4 İslam Respublikası mövcud idi: İran, Pakistan, Əfqanıstan və Mavritaniya. 
 
49 yaşlı Y.Camme 20 ildən artıqdır ki, Qambiyaya rəhbərlik edir.  Ötən ildən etibarən ABŞ və Avropa İttifaqı insan haqlarının pozulması ilə bağlı ölkəyə maliyyə yardımını dayandırıb. Xatırladaq ki, Qambiya prezidenti ölkədə bütün qeyri-ənənəvi seksual oriyentasiyalı şəxslərin  boğazlarını kəsmək ilə hədələyib.

Milli.Az


Teqlər:  Qambiya özünü İslam Respublikası elan edib



RƏYLƏR


Top xəbərlər