Avstraliyanın Baş naziri terrorçuları həbsdən azadlığa buraxmamağı təklif edib

Avstraliyanın Baş naziri terrorçuları həbsdən azadlığa buraxmamağı təklif edib
07:58 12 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Kanberra, 12 dekabr, AZƏRTAC 
Avstraliya həbsxanalarında terrorçuluq ittihamı ilə saxlanılan şəxslər azadlığa buraxılma hüququndan məhrum edilə bilərlər. Müvafiq qanunvericiliyə bu barədə düzəliş olunması təklifi ilə Avstraliyanın Baş naziri Malkolm Ternbul çıxış edib. Dekabrın 11-də Baş nazir bütün ştatların hökumətlərinin başçıları və əsas nazirliklərinin rəhbərləri ilə görüşüb.
Qanuna belə düzəlişin olunması təşəbbüsünü parlamentin hər iki palatasının kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə birləşmiş komitəsinin sədri Den Tien irəli sürüb. Onun fikrincə, terror təhlükəsinə qarşı səmərəli mübarizə üçün federal və yerli hakimiyyət orqanlarına terror fəaliyyətinə görə həbs edilən şəxslərin azadlığa çıxdıqdan sonra əvvəlki fəaliyyətlərini davam etdirəcəyi təhlükəsi olduğu təqdirdə onların həbsxanada saxlanma müddətini artırmaq hüququ verilməlidir.
Dekabrın 10-da Sidney polisi iki nəfəri, o cümlədən 15 yaşlı yeniyetməni terror aktı hazırlamaqda şübhəli qismində saxlayıb. Həmin gün artıq həbsxanada olan daha üç nəfərə qarşı belə ittiham irəli sürülüb.
Avstraliyada ölüm hökmü 30 il bundan əvvəl ləğv edilib. Həmin vaxtdan başlayaraq bu ölkədə canilər üçün ən ağır cəza ömürlük həbs hesab edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avstraliyanin_Bas_naziri_terrorchulari_hebsden_azadliga_buraxmamagi_teklif_edib-910574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR