Bakıda çörəkdən sancaq çıxdı - VİDEO

Bakıda çörəkdən sancaq çıxdı - VİDEO
08:05 12 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda çörəyin içindən sancaq çıxdı.

Milli.Az ANS TV-yə istinadən bildirir ki, paytaxtın Nizami rayonur Keşlə qəsəbəsində kafedə fəaliyyət göstərən Gülnarə Əlibəyova nahar etmək üçün yaxınlıqda yerləşən marketdən çörək alıb.

Onu yeyəndən az sonra isə xanım özünü piss hiss edib. Ağrılar artınca qadın 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Orda da onun sancaq udduğu məlum olub.

Vaxt itirmədən vəziyyəti ağır olan Gülnarə xanımın əməliyyat masasına qaldırılması qərarı verilib. O bildirib ki, yediyi çörək məhz "NZS" çörək zavoduna məxsus olub. Sancağın bir hissəsi isə çörəkdə qalıbmış. Bunu da maddi subut kimi təqdim etdi.

Rentgen kağızlarında isə sancağın bir neçə hissəyə parçalanaraq Gülnarə xanımın mədəsində qaldığı açıq-aşkar görünürdü.

Zərərzəkən Gülnarə Əlibəyova deyir ki, çörəyi yediyim zamanı hiss etdim ki, nəsə bağazımı zədələdi, o an öskürdüm və sancağın bir hissəsi yerə düşüdü.

Daha sonra Gülnarə Əlibəyova xəstəxanın reanimasiya şöbəsinə yerləşdirildi. 

Onun iş yoldaşı Vüqar Şabanov bildirdi ki, bununla bağlı o, "NZS" çörək zavodunun rəhbərliyinə şikayət edib. Amma müəssisə rəhbərliyi heç bir reaksiya verməyib. Zərərçəkənin iş yoldaşı Vüqar Şabanov qeyd edib ki, faktla bağlı sözügedən müəssisənin rəhbərliy belə bir halın baş verməsinin mümkün olmadığını söyləyib.

Məsələ ilə bağlı adıçəkilən müəssisənin rəhbərliyi ilk olaraq çörək bişirilən zaman yol verilən səhvi öz işçilərində gördü. Və Bəhram adlı şəxs çəkilişə mane olmağa çalışıb.

Daha sonra müəssisə rəhbəri dedi ki, zərərçəkən onu şantaj edir. Belə bir hal çörək bişirilən zaman yolverilməzdir.

Bu zamanı müəssisə işçiləri Vüqar Şabanovun əlində olan maddi sübut kimi saxladığı sancağın bir hissəsini alaraq kanalizasiya quyusuna atdılar.

Baş verənlərlə bağlı Gigiyena və Epidemolgiya Mərkəzi ilə əlaqə saxladıq. Qurumun şöbə müdiri İmran Abdullayev bildirdi ki, zərərşəkən ərizə ilə quruma müraciət edəcək. Qanuna müvafiq olaraq həmin çörək zavodunda yoxlama işləri aparılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR