Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Böyük Britaniya İraq və Suriyaya quru qoşunları göndərəcəkmi?

Böyük Britaniya İraq və Suriyaya quru qoşunları göndərəcəkmi?

İraqda İŞİD-ə qoşulmuş iki britaniyalı həkim öldürülüb (02 Mart 2017 01:57)
Putin Əsədin müdafiəsinə qalxdı: “Veto qoyacağıq!” (28 Fevral 2017 16:53)
BMT Təhlükəsizlik Şurasında Suriyaya qarşı sanksiyalara dair səsvermə keçiriləcək (27 Fevral 2017 22:52)

Tarix: 12 Dekabr 2015 08:12

Böyük Britaniya İraq və Suriyaya quru qoşunları göndərməyi planlaşdırmır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon bəyan edib.
 
"Biz İraq və Suriayaya quru qoşunlar göndərmək niyyətində deyilik. İraqın baş naziri Heydər əl-Abadi açıq şəkildə bildirib ki, öz ərazisində Böyük Britaniya və ABŞ qoşunlarını görmək istəmir. İraq hökumətinin qəti mövqeyi ondan ibarətdir ki, terrorçulardan təmizlənən ərazilərdə təhlükəsizliyi yerli qüvvələr təmin etməlidir", deyə M.Fellon bildirib.
 
Xatırladaq ki, 2014-cü ilin sentyabrında Böyük Britaniya parlamenti İŞİD-in İraqdaki, bu ilin dekabrın 3-dən isə Suriyadakı mövqelərinə hava zərbələrinin endirilməsinə razılıq verib.

Milli.Az


Teqlər:  Böyük Britaniya İraq Suriyaya quru qoşunları göndərəcəkmi



RƏYLƏR


Top xəbərlər