Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Parisdə gərgin danışıqlar

Parisdə gərgin danışıqlar

Date: 12 December 2015 08:21

Qlobal iqlim dəyişikliyinə qarşı sövdələşmənin qəbul olunması üçün Parisdə gərgin danışıqlar davam edir.

ANS PRESS-in məlumatına görə, müzakirələrə sədrlik edən Fransanın xarici işlər naziri Loran Fabius iddialı və güclü bir saziş üçün şərtlərin indiyə kimi bu qədər əlverişli olmadığını bildirib.

O yaxın zamanda karbon tullantılarının azaldılması və digər ekoloji çözümləri nəzərdə tutan sazişin yekun layihəsinin plenar iclasa təqdim olunacağına əminlik ifadə edib.

Yekun layihə plenar iclasda səsverməyə çıxarılmazdan əvvəl iştirakçılar tərəfindən təsdiqlənməli olacaq. Tərəflər arasında ilk dəfə olaraq bir çox ziddiyyətli məqamlarla bağlı real kompramislər müşahidə olunsa da, bəzi məsələlərlə bağlı fikir ayrılıqlarının qaldığı bildirilir.



Ölkələrin əksəriyyəti qlobal istiləşmənin 2 dərəcə selsi həddində saxlanılması üçün istixana qazlarının azaldılmasına razılaşsa da, ekoloji demarkasiya o cümlədən hansı ölkənin nə qədər sənaye ixtisarları həyata keçirməli olduğu ilə bağlı kvotalar məsələsində müəyyən ziddiyyətlər mövcuddur.

Fikir ayrılığına yol açan digər məsələ ekoloji tədbirlərin icrasıyla bağlı şəffaflığın təmin olunmasıdır. Varlı dövlətlər saziş üzrə götürülən ətraf-mühitin mühafizəsiylə bağlı öhdəliklərin ölçülməsi, hesabatların hazırlanması və yoxlamaların aparılması üçün vahid sistemin qurulmasını istəyir.

Tags:  Parisdə gərgin danışıqlar


RƏYLƏR


Top news