Neft son 7 ildə ən aşağı qiymətə endi

Neft son 7 ildə ən aşağı qiymətə endi
08:27 12 Dekabr 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

Qlobal neft bolluğu fonunda neftin qiymətinin kəskin şəkildə ucuzlaşması Atlantik okeanın hər iki sahilində qiymətli kağızlar bazarında geriləməyə səbəb olub.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, London fond birjasında FTSE100 indeksi 2.2 faiz geriləyərək ticarət həftəsinin sonuna 6000 baldan da aşağı düşüb. Nyu-York Fond birjasında isə Standard ənd Puərs indeksi 2 faiz, Dou Cons 1.8 faiz, Nasdaq 2.2 faiz aşağı düşüb.

Maliyyə ekspertlərinə görə, bazarda izafi neft məhsulları yığıldığı halda, onlara olan tələb əksinə olaraq azalır, beləcə bazar müəyyən məndada depresiya keçirir.

Digər yandan Beynəlxalq Enerji Agentliyi də neft bolluğunun fəsadlarının 2016-cı ildə daha da ağırlaşacağı deyərək, bazar tələbinin zəifləyəcəyini proqnozlaşdırıb.

Neft qiymətləri növbəti dəfə ucuzlaşıb. "Brent" markalı neftin bareli son 7 ildə ilk dəfə olaraq 37,93 dollara düşüb. Xam neft isə 3.1 faiz ucuzlaşaraq 35.62 dollardan satılıb.

"Texas" (WTI) markalı neftdə də ucuzlaşma qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neftin qiyməti 35.36 dollar təşkil edib.

"AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,52 dollar ucuzlaşaraq 40,42 dollar təşkil edib.

Əmtəə birjalarında qızılın qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, qızılın qiyməti 1 qram üçün 34.61 dollar olub. Gümüşün qiymətində isə demək olar ki, dəyişiklik olmayıb. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.44 dollar müəyyənləşib.

Dolların məzənnəsində isə yüksəliş, avroda isə eniş müşahidə olunub. Mərkəzi bankın məlumatına görə, dünən 1 ABŞ dollarının qiyməti 1.0495 AZN təşkil edib. Avropa valyutasında isə bahalaşma müşahidə olunur. Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.1478 AZN olub. Rusiya valyutasında da cüzi enmə müşahidə olunub. 1 rublun qiyməti 0.0152 AZN, 1 Türk lirəsi isə 0,3583 AZN olaraq müəyyənləşib.

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir: 

1 ABŞ dolları - 1.0495 AZN
1 Euro - 1.1478 AZN 
1 rus rublu - 0.0152 AZN
1 türk lirəsi - 0,3583 AZN

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/389635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR