Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Azərbaycan oktyabrda Qazaxıstana 58 ton çay ixrac edib

​Azərbaycan oktyabrda Qazaxıstana 58 ton çay ixrac edib

Date: 12 December 2015 08:27

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan cari ilin oktyabr ayı ərzində Qazaxıstana 57,4 ton çay ixrac edib.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Maliyyə Nazirliyinin Gömrük Nəzarəti Komitəsinin məlumatında bildirilir.
Məlumata görə, Qazaxıstan 2015-ci ilin yanvar-oktyabr ayları ərzində ümumilikdə 21,6 min ton çay idxal edib ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 7,4% azdır.
Oktyabrda bu göstərici 2447,7 tona bərabər olub. Qazaxıstan MDB ölkələrindən 80,2 ton çay idxal edib ki, bunun da 57,4 tonu Azərbaycanın, 22,8 tonu isə Qırğızıstanın payına düşüb.

Tags:  Azərbaycan oktyabrda Qazaxıstana 58 ton çay ixrac edib

RƏYLƏR


Top news