Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Əfqanıstan polisi partlayış törədən silahlıları məhv edib

Əfqanıstan polisi partlayış törədən silahlıları məhv edib

Date: 12 December 2015 08:37

Əfqanıstan polisi paytaxt Kabilin mərkəzində partlayış törədən "Taliban" hərəkatının silahlılarını məhv edib.

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstan DİN mətbuat katibi özünün Tvitter səhifəsində yazıb.
 
"Kabildə terror aktı törədən silahlılar Əfqanıstanın xüsusi təyinatlıları tərəfindən məhv edilib. Əməliyyat bir neçə saat davam edib", mətbuat katibi qeyd edib.
 
Dekabrın 11-də Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində İspaniya səfirliyinin əməkdaşı daxil olmaqla 2 nəfər ölüb, 7 nəfər yaralanıb. İspaniyanın baş naziri Mariano Rahoy bildirib ki, partlayışın hədəfi İspaniya səfirliyi olmayıb, terrorçular yaxınlıqdakı hoteli partlatmaq istəyib. Partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

Milli.Az


Tags:  Əfqanıstan polisi partlayış törədən silahlıları məhv edib


RƏYLƏR


Top news