Fransada gərgin danışıqlar

Fransada gərgin danışıqlar
08:37 12 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Qlobal iqlim dəyişikliyinə qarşı sövdələşmənin qəbul olunması üçün Parisdə gərgin danışıqlar davam edir.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, müzakirələrə sədrlik edən Fransanın xarici işlər naziri Loran Fabius iddialı və güclü bir saziş üçün şərtlərin indiyə kimi bu qədər əlverişli olmadığını bildirib.

O yaxın zamanda karbon tullantılarının azaldılması və digər ekoloji çözümləri nəzərdə tutan sazişin yekun layihəsinin plenar iclasa təqdim olunacağına əminlik ifadə edib.

Yekun layihə plenar iclasda səsverməyə çıxarılmazdan əvvəl iştirakçılar tərəfindən təsdiqlənməli olacaq. Tərəflər arasında ilk dəfə olaraq bir çox ziddiyyətli məqamlarla bağlı real kompramislər müşahidə olunsa da, bəzi məsələlərlə bağlı fikir ayrılıqlarının qaldığı bildirilir.

Ölkələrin əksəriyyəti qlobal istiləşmənin 2 dərəcə selsi həddində saxlanılması üçün istixana qazlarının azaldılmasına razılaşsa da, ekoloji demarkasiya o cümlədən hansı ölkənin nə qədər sənaye ixtisarları həyata keçirməli olduğu ilə bağlı kvotalar məsələsində müəyyən ziddiyyətlər mövcuddur.

Fikir ayrılığına yol açan digər məsələ ekoloji tədbirlərin icrasıyla bağlı şəffaflığın təmin olunmasıdır. Varlı dövlətlər saziş üzrə götürülən ətraf-mühitin mühafizəsiylə bağlı öhdəliklərin ölçülməsi, hesabatların hazırlanması və yoxlamaların aparılması üçün vahid sistemin qurulmasını istəyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR