​Qazaxıstan oktyabr ayında Azərbaycana 340 min ton buğda ixrac edib

​Qazaxıstan oktyabr ayında Azərbaycana 340 min ton buğda ixrac edib
08:47 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Qazaxıstan cari ilin oktyabr ayı ərzində Azərbaycana 340 min ton buğda ixrac edib.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Maliyyə Nazirliyinin Gömrük Nəzarəti Komitəsinin məlumatında bildirilir.
Məlumata görə, Qazaxıstan 2015-ci ilin yanvar-oktyabr aylarında ümumilikdə 2 min 366 ton buğda, buğda qarışığı və çovdar ixrac edib ki, bu da 2014-cü ilin analoji dövr göstəricisi ilə müqayisədə 25,6% azdır.
Oktyabrda buğda ixracı 322,6 min ton təşkil edib. Qazaxıstan MDB ölkələrinə ümumilikdə 1987,3 min ton buğda ixrac edib ki, bunun 340,3 min tonu Azərbaycanın, 254,2 min tonu Qırğızıstanın, 681,7 min tonu Tacikistanın və 1011 min tonu Özbəkistanın payına düşüb.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/qazaxistan-oktyabr-ayinda-azerbaycana-340-min-ton-bugda-ixrac-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR